İspaniya kubokunda finalçılar müəyyənləşdi

İspaniya kubokunda finalçılar müəyyənləşdi

İspaniya kubokunda yarımfinalın ikinci oyununda “Qranada” doğma divarlar arasında “Atletik”lə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitsə də növbəti mərhələyə “Atletik” klubu keçib. İlk oyundakı minimal hesablı məğlubiyyət meydan sahiblərini finaldan məhrum edib.

Qeyd edək ki, finalda “Real Sosyedad” ilə “Atletik” qarşılaşacaq.

“Qranada” – “Atletik” 2:1

Qollar: Fernandes 48, Sançes 76; Berçiçe 81.