A seriyasının oyunları dayandı

A seriyasının oyunları dayandı

Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə İtaliyada bütün futbol yarışları dayandırılıb.
«Olimpiya dünyası» qəzeti “Football Italia”ya istinadən xəbər verir ki, bunu ölkənin Baş Naziri Cüzeppe Konte bəyan edib.
İtaliyanın Milli Olimpiya Komitəsi də rəsmi saytı vasitəsilə bildirib ki, ölkədə bütün idman yarışları ən azı aprelin 3-dək dayandırılacaq.
Olimpiya Komitəsi beynəlxalq yarışlara müdaxilə edə bilmədəyi üçün bu qərarın avrokubok oyunlarına aidiyyatı yoxdur.
Qeyd edək ki, İtaliya Avropada koronavirus epidemiyasının ən çox yayıldığı ökədir. Burada artıq 7 mindən çox insan sözügedən virusa yoluxub.