“Lester Siti”dən darmadağın

“Lester Siti”dən darmadağın

Ötən gün İngiltərə Premyer Liqasında bir oyun keçirilib. “Lester Siti” Kinq Pover Stadiumda “Aston Villa” ilə üz-üzə gəlib. Oyunda daha çox hücum edən tərəf meydan sahibləri olub. Bunun məntiqi nəticəsi olaraq 40-cı dəqiqədə Harvey Bames azarkeşləri sevindirib. İlk hissədə başqa qol olmayıb. Fasilədən sonra da hücumlarını davam etdirən “tülkülər” daha üç dəfə rəqib qapısına yol tapıblar. İki dəfə Ceymi Vardi bir dəfə isə Harvey Bames fəqlənməyə nail olub.

“Lester Sity” – “ Aston Villa” 4:0

Qollar: Harvey Bames 40, 85, Ceymi Vardi 63, 79.

Qeyd edək ki, bu turdan sonra “Liverpul” 82 xalla turnir cədvəlinə liderlik edir. Aktivində 57 xal olan “Mançester Siti” ikinci pillədə qərarlaşıb. İlk üçlüyü isə 53 xala malik olan “Lester Siti” tamamlayır.