“Antalyaspor” səfərdən bir xalla qayıdır

“Antalyaspor” səfərdən bir xalla qayıdır

 

Türkiyə Superliqasında 25-ci tur çərçivəsində “Gənclərbirliyi” doğma azarkeşləri önündə “Antalyasporu” qəbul edib. Oyun meydan sahiblərinin tam üstnlüyü şəraitində keçib. Görüşün ilk hissəsində qol olmayıb. Fasilədn sonra “Gənclərbirliyi” hücumlarının kəsərini artırıb. 53-cü dəqiqədə Giovanni Sio “19 may” stadionuna toplaşan azarkeşləri sevindirib. Rəqiblə bacarmayan qonaqlar əks hücumlara üstünlük veriblər. Belə hücumlardan birində “antalya”lılar fərqləniblər. Lukas Podolski 82-ci dəqiqədə komandasına bir xal qazandıran qolu vurub. Matç bu hesabla da başa çatıb.

“Gənclərbirliyi” – “Antalyaspor” 1:1

Qollar: Givonni Sio 53; Lukas Podolski 82