“Zenit” öz meydanınıda “Ufa” ilə bacarmadı

“Zenit” öz meydanınıda “Ufa” ilə bacarmadı

Rusiya Premyer Liqasında 21-ci turun oyunları keçirilib. “Zenit” Qazprom Arenada “Ufa”nı qəbul edib. Görüşü 42 min azarkeş izləyib. Meydan sahibləri rəqibindən üstün olsa da qələbə qazana bilməyiblər. Qeyd edək ki, Peterburq təmsilçisi 47 xalla turnir cədvəlinə liderlik edir. Aktivində 26 xal olan “Ufa” isə 9-cu pillədə qərarlaşıb.
“Zenit” – “Ufa” 0:0

“Rastov” və “Krasnadar” liderin xal itkisindən maksimum yararlanıblar. “Rastov” doğma divarlar arasında “Çska Moskova” ilə üz-üzə gəlib. 5 qolun vurulduğu qarşılaşmada meydan sahibləri qələbə qaznıblar 3:2. Digər oyunda isə “Krasnadar” səfərdə “Spartak Moskova”nın qonağı olub. 71-ci dəqiqədə qonaqlar fərqləniblər. Ari komandasına üç xal qazandıran qolu vurub 0:1. Bu qarşılaşmalardan sonra “Krasnadar” və “Rostov” 2-ci və 3-cü pillələrdə yerlərini möhkəmlədiblər.