“Tottenhem” ÇL-dən kənarda qaldı

“Tottenhem” ÇL-dən kənarda qaldı

Çempionlar Liqasında 1/8 final mərhələsi çərçivəsində “Totenhem” səfərdə “Leyptsiq”in qonağı olub. İlk oyunda Londonda minimal hesabla məğlub olan Joze Mourinyonun komandası bu dəfə də rəqiblə bacarmayıb. Sabitzerin dubl etdiyi görüşdə almanlar qonaq komandanın qapısından üç cavabsız top keçiriblər.

Qeyd edək ki, iki görüşün nəticəsi olaraq 1/4 final mərhələsinə bundestim təmsilçisi yüksəlib.

“Leyptsiq” – “Totenhem” 3:0

Qollar: Sabitzer 10, 22; Forsberq 88.