“Liverpul” və PSJ-nin revanş arzusu

“Liverpul” və PSJ-nin revanş arzusu

Bu gün Çempionlar liqasında daha iki oyun keçiriləcək. “Borussiya Dortmund” səfərdə PSJ-nin qonağı olacaq. Park de Prensdə keçiriləcək qarşılaşmanı ingiltərəli hakim Entoni Taylor idarə edəcək.

Digər qarşılaşma isə İngiltərədə keçiriləcək. Burada yerli komanda “Liverpul” Madrid təmsilçisi “Atletiko”nu sınağa çəkəcək. “Enfild Roud”da təşkil olunacaq oyunu Niderlanddan olan hakim Danni Makkeli idarə edəcək.

Qeyd edək ki, oyunlar Bakı vaxtı ilə 00:00 start götürəcək.