“Mançester Yunayted”dən darmadağın, “Başakşəhər” son dəqiqə qolu ilə qələbə qazandı
10:11 13.03.2020
708
Ötən gün Avropa Liqasında 1/8 final mərhələsinin oyunlarına start verilib. Türkiyənin Avrokuboklarda yeganə təmsilçisi olan “Başakşəhər” doğma divarlar arasında “Kopenhagen”i sınağa çəkib. Qarşılaşmada bir qol vurulub. 88-ci dəqiqədə qonaqların qapısına təyin edilmiş penaltini Vişça dəqiq yerinə yetirib.
“Ayntraxt” Kommerzbank-Arenada İsveçrənin “Bazel” kollektivini qəbul edib. Qonaq komada meydan sahiblərinin qapısından üç cavabsız top keçirib.
Gecənin digər oyununda isə “Mançester Yunyted” Avstriyada LASK-ın qonağı olub. “Qırmızı şeytanlar” meydan sahiblərini darmadağın ediblər.