“Şaxtyor” səfərdən qələbə ilə qayıdır

“Şaxtyor” səfərdən qələbə ilə qayıdır

Avropa Liqası çərçivəsində daha üç oyun keçirilib. “Volfsburq” Ukrayna təmsilçisi “Şaxtyor”u qəbul edib. Qonaqlar oyuna kəsərli hücumlarala başlayıblar. Bunun məntiqi nəticəsi olaraq 17-ci dəqiqədə Moraes komadasının ilk qolunu vurub. İlk hissədə başqa qol olmayıb. Fasilədən sonra meydan sahibləri bərabərlik qolunu vurmağa nail olublar. Bruks 48-ci dəqiqədə topu qonaqların qapısından keçirib. Bu qoldan sonra da

ruhdan düşməyən Donetsk təmsilçisi qələbə qolunu vura bilib. Antonio 73-cü dəqiqədə vurduğu qolla “mədənçiləri” sevindirib.

“Volfsburq” – “Şaxtyor” 1:2

Qollar: Bruks 48; Moraes 17, Antonio 73