“Vulverhempton” sərfəli nəticə əldə etdi

“Vulverhempton” sərfəli nəticə əldə etdi

Avropa Liqasının 1/8 final mərhələsinin oyunları keçirilib. “Bayer” Şotlandiyada “Reyncers”in qonağı olub. Almanlar rəqib qapısından üç top keçiriblər. Meydan sahiblərinin gücü isə təsəlli qoluna çatıb.
Günün digər oyunu Yunanıstanda keçirilib. Burada yerli komanda “Olimpiakos” “Vulverhempton”u sınağa çəkib. İlk hissədə qol olmayıb. Fasilədən sonra tərəflər hərəyə bir dəfə fərqləniblər. İlk olaraq meydan sahiblərinin heyətində Əl Arabi 54-cü dəqiədə rəqib qapısına yol tapıb. 67-ci dəqiqədə isə narıncı-qaralar qolun əvəzini çıxıblar. Neto meydan sahiblərini məyus edib.

“Reyncers” – “Bayer” 1:3

Qollar: Edmundsson 75; Haverts 37, Aranquiz 67, Beyli 88

“Olimpiakos” – “Vulverhempton” 1:1

Qollar: Əl Arabi 54; Neto 67.