“Arsenal”ın baş məşqçisi koronavirusa yoluxub

“Arsenal”ın baş məşqçisi koronavirusa yoluxub

İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Mikel Arteta Koronavirusa yoluxub. Bu haqqda “topçuların” çalışdırıcısı özü məlumat verib.
İspaniyalı mütəxəsis məsələ ilə başlı bunları deyib: “Çox məyusam. Özümü pis hiss etdim və dərhal analiz verdim. Nəticə bəllidir. Sağlamlıq hamı üçün əsas şərt olmalıdır. Hər kəsi bu məsələdə diqqətli olmağa çağırıram. Həkimlər icazə verən kimi işimə qayıdacağam”.
Qeyd edək ki, 37 yaşlı çalışdırıcının hazırda həkim nəzarətində olduğu və onunla ünsiyyətdə olan hər kəsin karantinə alınacğı bildirilib.