Kişi və qadın boksçulardan ibarət Azərbaycan milli komandaları martın 14-də Böyük Britaniyanın paytaxtı Londonda start götürəcək Avropa Olimpiya təsnifat turnirində mübarizə aparacaqlar.
10 gün davam edəcək yarışda ölkəmizin idman şərəfini 12 boksçu qoruyacaq.
Ölkəmizi kişi boksçuların mübarizəsində Rüfət Hüseynov (52 kq), Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqes (81 kq), Rauf Rəhimov (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) təmsil edəcəklər.
Qadınların yarışında isə təmsilçilərimiz Məhsəti Həmzəyeva (57 kq), Məryəm Cəbrayılova (69 kq) və Aynur Rzayeva (75 kq) iştirak edəcəklər.