La Liqanın başlaması üçün 3 variant

La Liqanın başlaması üçün 3 variant

İspaniyada 2019/20 mövsümünü bitirməkdə qətidirlər. Ölkənin nüfuzlu “Marca” nəşrinin yaydığı bildirilir ki, liqa rəhbərliyi və klublar üç variant üzərində düşünürlər.

Birinci variant

- Mövsüm mayın ortasında başlayır, iyulda isə başa çatır. Klublar həftədə üç oyun keçirməyə hazırdılar. Həmçinin matçların azarkeşsiz keçirilməsi təklifini qəbul edirlər.

İkinci variant

- La Liqa yayda bərpa olunur, sentyabrda isə başa çatdırılır.

Üçüncü variant

- Koronavirusun yayılması davam etsə, mövsüm sentyabrda bərpa olunacaq. Yeni mövsümün startı isə daha gec tarixə təyin ediləcək.

Qeyd edək ki, İspaniya koronavirus pandemiyasının ən geniş yayıldığı ölkələrdəndir.