“Canal+”dan gözlənilməz hərəkət

“Canal+”dan gözlənilməz hərəkət

Fransa Liqa1-in rəsmi yayımçısı “Canal+” müqaviləyə əsasən aprelin 5-də ödəməli olduğu110 milyon avronu verməkdən imtina edib. Buna koronavirus pandemiyası üzündən çempionatın dayandırılması səbəb olub. Bu vəsait klublar arasında bölünməli idi. Liqa1 təmsilçiləri qazanclarının 36-47 faizini məhz teleyayımdan əldə edir. “Canal+”in ödəniş etməməsi klubların büdcələrinə böyük zərbə vuracaq. Şirkət bunu çempionatın dayandırılması üzündən ziyana düşməsi ilə əlaqələndirir.

Qeyd edək ki, “Canal+” müqaviləyə əssən ümumilikdə 548 milyon avro ödəməlidir. Liqa1 digər yayımçı “beIN”dən 201 milyon almalıdır.