Beynəlxalq Şahmat Federasıyası (FİDE) aprel ayı üçün nəzərdə tutulan ənənəvi reytinq cədvəlini açıqlayıb. Siyahıda Azərbaycanın 8 şahmatçısı yer alıb. Təmsilçilərimizdən yalnız Teymur Rəcəbov “onluq”dakını yerində qoruyub. Şahmatçımız 2765 xalla 9-cu pillədə qalıb.
Şəhriyar Məmmədyarov isə 2764 xalla 11-cidir. Qədir Hüseynov 2665 xalla 72-ci, Nicat Abasov 2664 xalla 74-cü, Rauf Məmmədov 2654 xalla 91-ci yerdədir.
Bu siyahıda ilk “üçlük” də dəyişməyib. Maqnus Karlsen (Norveç, 2863) birinci, Fabiano Karuana (ABŞ, 2835) ikinci, Dinq Liren (Çin, 2791) üçüncüdür.
Qadınlar şahmatçılar arasında isə 3 həmyerlimiz yer alıb. Yığma üzvlərindən iki pillə irəliləyən Günay Məmmədzadə (2443) 29-cudur. Gülnar Məmmədova (2382) 77-ci sırada qalıb. İlk “100-lük”də yerini itirən Ülviyyə Fətəliyevanı digər təmsilçimiz - Xanım Balacayeva əvəz edib. O, 2376 xalla 86-cıdır.
Qadın zəka sahiblərinin cədvəlində Yifan Hou (Çin, 2658) birinci, Humpi Koneru (Hindistan, 2586) ikinci, Aleksandra Qoryaçkina (Rusiya, 2582) üçüncüdür.
FİDE: "ilk onluq"da bir qrossmeysterimiz var