Futbolçu hərbi xidmətə yollandı

Futbolçu hərbi xidmətə yollandı

"Tottenhem"in cənubi koreyalı futbolçusu Son Hın Min  koronavirus pandemiyası ilə əlaqədar karantində olduğu İngiltərəni tərk edərək vətəninə qayıdıb.
"Olimpiya dünyası" qəzeti "Daily Telegraph"a istinadən xəbər verir ki,  o, hərbi xidmət üçün ölkəsinə yollanıb. İngiltərə Premyer Liqasında yaranan fasilədən istifadə edən 27 yaşlı hücumçu  aprelin sonunda başlayacaq və dörd həftə davam edəcək hərbi xidmətdə olacaq.
Qeyd edək ki,  Son Hın Min 2018-ci ildə milli komanda ilə birgə Asiya Oyunlarında qızıl medal qazandığı üçün orduda 21 aylıq xidmət müddəti 1 ayla əvəzlənib.