Avstriya hökuməti ölkənin futbol klublarına məşqlərə başlamağa icazə verib.
Belə ki, klublar bazar ertəsindən (20 aprel) məşqlərə başlayacaq. Ancaq məşqlər əvvəlcə 6 futbolçudan ibarət kiçik qruplar şəklində olacaq.
Bildirilib ki, ölkədə oyunların nə vaxt bərpa olunacağı isə hələlik məlum deyil. Amma Avstriya mətbuatı çempionatı matçda azarkeşsiz yenidən başlana biləcəyini yazıb. Bu halda futbolçular oyun gününə kimi 48 saat ərzində koronavirus testindən keçəcəklər.
Avstriyada çempionat başlayır
jpg-1587026392.jpg)