Şahmat üzrə hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen 16 yaşlı vunderkind, FİDE-nin bayrağı altında çıxış edən əslən iranlı Əlirza Firuzcaya məğlub olub. Chess24.com şahmat platformasının təşkil etdiyi "Banter Blitz Cup" onlayn şahmat turnirinin final qarşılaşması Ə. Firuzcanın möhtəşəm qələbəsi ilə nəticələnib – 8,5:7,5.
Qeyd edək ki, bu şahmatçıların son dövrdə baş tutan bütün qarşılaşmaları böyük maraqla izlənilir və artıq derbi xarakteri alıb.