Azərbaycan kuboku internet üzərindən keçirilir

Azərbaycan kuboku internet üzərindən keçirilir

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə karantin dövründə şahmatçıların oyun praktikasının qorunması üçün "Evdə qal, həyatları xilas et!" şüarı altında layihəyə start verilir.
Layihə çərçivəsində aprelin 16-da sürətli şahmat üzrə internet üzərindən birinci Azərbaycan kuboku start götürüb.
Chess24.com portalı üzərindən keçirilən yarışda 100-dən çox şahmatçı iştirak edir.
İsveçrə sistemi üzrə keçirilən turnir 17 turdan ibarətdir. İştirakçılara hər oyun üçün 1 dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün 1 saniyə əlavə vaxt verilib.
Qeyd edək ki, yarışın ümumi mükafat fondu 15 000 manat təşkil edir. Qalib 3000 manat qazanacaq. Qadın iştirakçılar arasında ən yaxşı nəticə göstərən şahmatçı 1000 AZN əldə edəcək. Eyni zamanda, 16 yaşadək olan və FIDE əmsalı 2200-dən az olan şahmatçılar arasında ən yaxşı nəticə göstərən dörd iştirakçı üçün mükafatlar nəzərdə tutulub.