İngiltərənin "Çelsi" klubu yaşlı insanlara və həssas qruplara dəstək verən Böyük Britaniyanın Milli Səhiyyə xidməti (NHS) və digər xeyriyyə təşkilatlarına nahar təqdim etməyə başlayacaq. Bu barədə klubun rəsmi twitter səhifəsində məlumat verilib. Klub rəhbərliyinin qərarına görə, altı həftə ərzində 13 min insana nahar təqdim ediləcək.
Qeyd edək ki, bu, klub tərəfindən keçirilən ilk xeyriyyə aksiyası deyil. Belə ki, londonlular həmçinin "Stemford Bric" stadionunu HNS əməkdaşları üçün mehmanxana olaraq istifadəyə veriblər.
"Çelsi" koronovirusla mübarizə aksiyasına qoşulacaq
