"Real" klubunun hüçumçusu Luka Yoviç Belqrad Prokurorluğuna dindirilməyə çağırılıb. Buna səbəb serbiyalı futbolçunun koronavirus pandemiyasına görə tətbiq olunan özünütəcrid rejimini pozması olub. İdmançıya 1275 avro məbləğində cərimə və ya üç ilədək azadlıqdan məhrumetmə cəzası təyin oluna bilər.
Qeyd edək ki, 22 yaşlı hücumçu martın 19-da karantin rejimini pozub. İdmançı Madridədən Belqrdada yola düşüb. O, burada 28 gün ərzində karantində qalmalı olsa da, lakin buna məhəl qoymayaraq, Belqrad küçələrində görünüb. Həmçinin Luka Yoviç özünütəcrid müddətində rəfiqəsinin ad günündə çəkilən şəkillərdə də yer alıb. Lakin futbolçunun özü isə iddia edir ki, onun küçədə görünməsinin səbəbi mağazaya getməsi olub.
"Real Madrid" in futbolçusu həbs edilə bilər
