Pandemiyadan çəkinməyən "pivəçilər" növbəti məşqinə çıxdılar

Pandemiyadan çəkinməyən "pivəçilər" növbəti məşqinə çıxdılar

Almaniyanın “Bavariya” futbol komandası koronavirus pandemiyasına baxmayaraq, növbəti məşqə çıxıb.
Ötən həftədən məşqləri bərpa edən Münxen təmsilçisinin son hazırlığı klubun bazasında olub. Futbolçular məşq zamanı kiçik qruplara bölünüb. Onlar arasında azı 1,5 metr məsafə saxlanılıb.
Klub məşqi izləməyə gəlmək istəyən azarkeşləri üçün də “zəhmət olmasa, məsafəni qoruyun” mesajını verib.