Əfsanə növbəti mövsümdə də "qoca sinyora"da qalacaq

Əfsanə növbəti mövsümdə də "qoca sinyora"da qalacaq

İtaliyanın “Yuventus” klubunun qapıçısı Canluici Buffon karyerasını başa vurmaq niyyətində deyil.
42 yaşlı qolkiper Turin təmsilçisi ilə cari mövsümün sonunda başa çatacaq müqaviləsinin müddətini 2021-ci ilin yayına kimi uzadıb.
Mənbənin bildirdiyinə görə, Buffon hazırkı müqaviləsində nəzərdə tutulan eyni maliyyə şərtləri ilə yeni bir razılaşmaya razılıq verib.
Tərəflər hələ koronavirus pandemiyası səbəbindən müqaviləyə rəsmi bir imza atmayıblar, lakin bu, İtaliyada yaranan vəziyyət sabitləşdikdə baş verəcək.
Qeyd edək ki, karyerasında bir çox uğura imza atan Canluici Buffon “Yuventus”un heyətində üç dəfə UEFA Çempionlar Liqasında final oynasa da, kubok qazana bilməyib. İtaliya millisinin sabiq üzvü cari mövsümdə, ümumilikdə 11 oyunda meydana çıxıb.