İspaniyanın Madrid "Real"ının qapıçısı Tibo Kurtua qapıçı olmasının səbəblərini açıqlayıb. Belçikalı qolkiper onun bu addımı atmasına "Real"ın əfsanəvi qapıçısı İkeri Kasiliyasın böyük rolu olduğunu qeyd edib.
"Qapıçı olmağımın ən əsas səbəbkarı
Kasiliyasdır. Çünki ona baxaraq futbola başlamışam. Bir sözlə, Kasilyasın oyununa baxaraq qapıçı olmağa qərar verdim.
Onu izlədiyim üçün "Real Madrid"i də çox sevirdim. Karantin bitdikdən sonra edəcəyim ilk şey Valdebebasa gedərək məşq etmək, komandamla birgə oynamaq olacaq. Baxmayaraq ki, hökümətdən yaşıl işıq gözləyirik, amma bütün bunları səbrsizliklə gözləyirəm", - deyə Kurtua bildirib.
"Kasilyasın oyununa baxaraq qapıçı olmağa qərar verdim"
