Pepe Reyna keçəli ilə zarafat etdi

Pepe Reyna keçəli ilə zarafat etdi

​Məşhur ispaniyalı qapıçı karantin günlərində şəxsi instaqram səhifəsində maraqlı və gülməli video paylaşıb. ​ 37 yaşlı idmançı keçəlini yumurtaya bənzədib. O, üç yumurta arasından başını göstərərək, azarkeşlərini çaşqınlığa salıb. Video fanatlar arasında marağa səbəb olub. Qapıçı videonu "Biz hələ də evdəyiq. Buna baxmayaraq, gülümsəyirik" deyə şərh edib