Koronavirus pandemiyası ilə əlaqədar bütün sahə nümayəndələri kimi, idmançılar da evlərinə çəkiliblər. İndi onlar nə səhər qaçışına çıxır, nə zallara gedir, nə də təlim- məşq toplanışlarında iştirak edə bilirlər. Bəs görəsən, idmançılar günlərini necə keçirir?
Cüdo üzrə iki qat paralimpiya çempionu İlham Zəkiyevin fikrincə, bu şəraitdən də mümkün qədər səmərəli istifadə etmək lazımdır: "İdmançılara məsləhət görərdim ki, ev şəraitində idmanla məşğul olmaqla yanaşı, həm də kitab oxusunlar. Çünki mütaliə də vacibdir. İdmançılar çox vaxt yarışlarda, təlim-məşq toplanışlarında olduqlarına görə ailə üzvlərinə vaxt ayıra bilmirlər. İndi ailəyə daha çox vaxt ayırmaq lazımdır. Unutmaq olmaz ki, idmançılar da insandır. Onların da ülvi hissləri, ailə qayğıları var".
Kənan Novruzov