"Uhan" futbol klubu 104 gündən sonra doğma şəhərdə

"Uhan" futbol klubu 104 gündən sonra doğma şəhərdə

​Koronovirus pandemiyası ilə əlaqədar olaraq üç ay şəhərdən kənarda qalan "Uhan" futbol klubunun oyunçuları 104 gündən sonra doğma şəhərlərinə qayıdıblar. İdmançıları onlarla azarkeş gül dəstələri ilə qarşılayıb. Yeni mövsümə hazırlıq məqsədi ilə yanvarın 2-də Uhan şəhərini tərk edən komanda pandemiya ilə üz-üzə gəlmədiyi bildirilir. Pandemiya səbəbi ilə sərhədlərin bağlanması isə idmançıların qeri qayıtması mümkünsüz edib. Onlar əvvəl İspaniya daha sonra isə Şençjendə 104 gün keçiriblər. Bildirilir ki, futbolçular məşqlərə gələn həftədən başlayacaqlar.
Qeyd edək ki, bütün dünyanı öz cənginə alan koronovirus pandemiyası məhs Çinin Uhan şəhərindən yayılmağa başlayıb.​