Madrid "Real"ının keçmiş prezidenti Ramon Kalderon Kriştianu Ronaldu barəsində maraqlı fikirlər bildirib. Sən demə portuqaliyalı ulduz "Mançester Yunayted"dən "Barselona"ya keçməli imiş. Kalderon "Marca"nəşrinə bunları deyib: "İngiltərə təmsilçisinin o vaxtki baş məşqçisi Ser Aleks Fergüsson gənc Ronalduya klubu tərk edəcəyi təqdirdə, katalonları məsləhət görmüşdü. "Manikunyanlar" portuqaliyalının oyun tərzinin Madrid "Real"ına uygun olmadığını iddia edirdilər. "Barselona"lılar buna görə serə minnatdarlıq etmişdilər. Tezliklə onu heyətlərində görmək istəyirdilər. Lakin Ronaldu bu qərarla razılaşmayaraq, "Real" variantını seçmişdi. Biz ona 2009-cu ildə 96 milyonluq müqavilə təklif etdik və...Ronaldunun seçimi özünü dogrutdu"
Qeyd edək ki, Ronaldu "Yuventus"da çıxış edir. Futbolçu Turin təmsilçisində çıxışından elə də razı deyil. İtaliýalılar onun heyəti tərk edəcəyindən narahatdırlar. Çox güman ki, Ronaldu tezliklə "Yuventus"u tərk edəcək. Onun "Real"a qayıdışı gözlənilir.
Ser Ronalduya niyə "Barselona"nı təklif edib?
