Moskvanın "Kazan" futbol klubunun müdafiəçisi İnnokentiy Samoxvalov 22 yaşında dünyasını dəyişib. Bu barədə klubun strukturuna daxil olduğu "Lokomotiv" klubunun rəsmi saytında məlumat verilib. Futbolçu fərdi məşq keçən zaman halı qəfildən pisləşib. Klub rəsmiləri bu hadisənin təsirindən hələ də özlərinə gəlmədiklərini deyirlər. "Bu dəhşətdir. İdmançının məşq etməyə icazə verməkləri onun səhhətində heçbir problem olmadığı göstərir. Bizə İnnoketiy Samoxvalovun dünyasını dəyişməsinin səbəbinin ürəkçatışmazlığı olduğu deyilib",- deyə məşqçi Aleksandr Qrişin deyib.
Qeyd edək ki, futbolçunun həyat yoldaşı və bir oğlu var.
Futbolçu qəfildən dünyasını dəyişdi
