"Real Madrid" klubunun və Braziliya millisinin keçmiş üzvü Ronaldo "Yuventus" komandasının portuqaliyalı futbolçusu Kriştianu Ronaldo ilə müqayisə edilməsindən danışıb.
"Düşünürəm ki, azarkeşlərin mənə əsl Ronaldo deməsi Kriştianu Ronaldonu qıcıqlandırır. İnsanları müqayisə etmək düzgün deyil. K.Ronaldo tarixdə vurulan qollar və stabilliyi ilə qalacaq. O, Messi və bir necə oyunçular ilə birgə hər zaman ən yaxşılar arasında olacaq",- deyə əfsanəvi futbolçu vurğulayıb.
Qeyd edək ki, 43 yaşlı Ronaldo 2010-cu ildə karyerasını bitirdiyini bəyan edib.
"Azarkeşlərin mənə əsl Ronaldo deməsi Kriştianu Ronaldonu qıcıqlandırır"
