Bundesliqa may ayında bərpa oluna bilər

Bundesliqa may ayında bərpa oluna bilər

Koronavirus pandemiyasına görə dayandırılmış Almaniya Bundesliqası mayın 9-da bərpa oluna bilər. Bu barədə Bild nəşri məlumat yayıb. Xəbərdə, əsas və 2-ci Bundesliqanın mayın 9-dan başlayacağı bildirilib. Plana görə, oyunlar azarkeşsiz keçiriləcək və stadiona 239 nəfərin girişinə icazə veriləcək.

Bundesliqada mövsümün bitməsinə 9 tur qalıb. Hazırda "Bayern Münhen" 55 xalla liderdir.