Xüsusi karantin günlərində gənc və yeniyetmə şahmatçılar üçün daha bir seans oyunu təşkil edilib.
Şahmatçılar üçün onlayn seansı qadınlardan ibarət Azərbaycan yığma komandasının üzvü Zeynəb Məmmədyarova keçirib. Lichess.org şahmat platforması üzərindən keçirilən onlayn seansda 24 şahmatçı iştirak edib.