İtaliyanın “Verona” klubunun koronavirusa yoluxan futbolçusu Mattia Zakkaqni sağalıb.
Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçinin son koronavirus testinin mənfi çıxdığı bildirilib.
Qeyd edək ki, italiyalı futbolçunun mart ayının sonlarında pandemiyaya yoluxduğu məlum olmuşdu.