Avro-2020-nin adı dəyişilməyəcək

Avro-2020-nin adı dəyişilməyəcək

2021-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının adı Avro-2020 olaraq qalacaq. Bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb.
"Bu qərar UEFA-nın Avropa çempionatının 60 illiyini qeyd etmək üçün turnirin əvvəlki​ planını saxlamağa imkan verir. Bundan əlavə, bu qərar bütün futbol ailəsinin Avropanın və bütün dünyanın 2020-ci ildə pandemiya səbəbi ilə yaşadığı çətin zamanı xatırlatmağa kömək olacaq", - deyə ismarıcda bildirilir.​
​ Qeyd edək ki, UEFA-nın martın 17-də verdiyi qərara görə, bu ilin 12 iyun -12 iyul tarixlərində təşkil olunacaq futbol üzrə Avropa çempionatı pandemiya səbəbi ilə 11 iyun​ -​ 11 iyul 2021-ci il tarixlərinə keçirilib. Avropa çempionatının Avropanın 12 şəhərində keçirilməsi nəzərdə tutulur. Yarışlar Sankt-Peterburq, London, Münhen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhaqen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçirilməsi planlaşdırılır. Bundan əlavə, UEFA​ 2021-ci il iyunun 9​-​26-da Macarıstan və Sloveniyada keçirilməsi nəzərdə tutulan​ 21 yaşlılar arasında Avropa çempionatını da ləğv edə bilər. Mayın 11-də UEFA-nın milli komandaların yarışlar Komitəsi turnirin keçirilməsi və ya ləğv edilməsi variantlarını qiymətləndirəcək. Yekun qərar isə mayın 27-də UEFA-nın İcraiyyə Komitəsində qəbul olunacaq.