"Liverpul" klubunun keçmiş futbolçusu Dominik Matteo xərçəng xəstəliyinə qalib gəlib. "Aprelin 22-də mənə xəstəxanadan zəng etdilər. Həkimlər artıq beynimdə şiş olmadığını dedilər. Mən 6 ay ağrı və qorxu içərisində yaşadım. Əməliyyat oldum və artıq sağlamlığıma qovuşdum. Həkimlər məni xilas etdilər", - deyə D.Matteo instaqram səhifəsində yazıb.
Qeyd edək ki, 45 yaşlı idmançı 1992-2000-ci illərdə "Liverpul" komandasının şərəfini qoruyub.
"Həkimlər artıq beynimdə şiş olmadığını dedilər"
