Madrid "Real"ının icarə əsasında "Sosyedad"da çıxış edən yarımmudafiəçisi Martin Edeqor mövsümun sonunda doğma klubuna qayıdacaq. 2021-ci ilin iyun ayına qədər icarəsi davam etsə də, "Real" Edeqoru geri cağırır. Səbəb Luka Modriçin klubu tərk fikrində olması ilə əlaqədardır. Xorvatiyalı karyerasını okeanın o tayında davam etdirmək istəyir. Bunun üçün Devid Bekhem sahibi oldugu "İnter Mayami"də cıxış etmək üçün Modriçə təklif göndərib.
Edeqor Modriçi əvəz edəcək
