Braziliya millisinin futbolçusu Sisinyo 2006-cı ildə futbol üzrə dünya çempionatından sonra baş vermiş maraqlı hadisəni yad edib. Keçmiş oyunçu Fransanın qələbə qazandığı çempionatdan sonra Zinəddin Zidanın braziliyalıların soyunma otağına gəldiyini deyib. “Oyundan sonra Zinədin Zidan Ronaldo ilə köynəklərini dəyişmək üçün soyunma otağımıza gəldi. Lakin otağda dəhşətli bir ab-hava var idi, bəzi futbolçular hətta ağlayırdılar. Bu zaman Ronaldo Zidana: “Zizu, xahiş edirəm otaqdan çıx. Hərkəs əsəbləşib. Təbrik edirəm, siz bizim üzərimizdə qələbə qazandınız. Amma xahiş edirəm çıx get otaqdan” dedi. Zinədin Zidan isə sakit şəkildə köynəyi götürüb, otağı tərk etdi”,- deyə Sisinyo xatırlayıb.
Ronaldo:“Zizu, xahiş edirəm otaqdan çıx”
