Koronavirus səbəbi ilə daha bir futbol çempionatı təxirə salındı

Koronavirus səbəbi ilə daha bir futbol çempionatı təxirə salındı

Tacikistanda koronavirus pandemiyası səbəbindən futbol yarışları dayandırılıb.

Mayın 10-na qədər bütün futbol oyunları təxirə salınıb.
Hökumətin əhalinin sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədilə ictimai və idman tədbirlərinə qadağa qoymasından sonra Tacikistan Futbol Federasiyası bütün futbol yarışlarını dayandırmaq məcburiyyətində qalıb.
Çempionatın 4-cü turunun bu gününə planlaşdırılan görüşləri isə keçiriləcək.
Xatırladaq ki, Tacikistan çempionatına aprelin 5-də start verilmişdi və koronavirus pandemiyasına baxmayaraq, dünyada davam edən nadir liqalardan biri idi.