Braziliyalı futbolçu Ronaldinyo Paraqvayda həbs olunması ilə bağlı ilk dəfə fikir bildirib. O sənədlərinin saxta olması barədə məlumatının olmadığını bildirib. “Sənədlərimin saxta olmasını öyrəndiyim andan etibarən, niyyətim bunu aydınlaşdırmaq üçün istintaq ilə əməkdaşlıq etmək idi”, - deyə Ronaldinyo bildirib. Futbolçunun sözlərinə görə, həbsolunma ehtimalı onu sarsıdıb. "Sambaçı" qeyd edib ki, dua edir və inanır ki, hər şey tez bir zamanda bitəcək. Məlumat üçün bildirək ki, Ronaldinyo və qardaşı Robert mart ayının əvvəlində Asunsyon hava limanında saxtda sənəd təqdim etmələri səbəbi ilə həbs olunublar. Aprel ayının 8-də isə Ronaldinyo və qardaşının həbs müddətini ev dustaqlığına keçiriləcəyi məlum olub. Qeyd edək ki, daha əvvəl məhkəmə idmançının vəkillərinin qətimkan tədbirini dəyişdirməsini iki dəfə rədd edib.
Etdiyi cinayətdən xəbərsiz olan "sambaçı"
