"Barselona" "Benfika"dan futbolçu istəyir

"Barselona" "Benfika"dan futbolçu istəyir

Pandemiya səbəbi ilə futbol çempionatları dayandırılsa da, transfer danışıqları davam etdirilir. Avropanın iki nəhəng klubu "Benfika"nın futbolçusunu transfer etmək istəyir. Ruben Diaş "Barselona" və "Mançester Siti"nin maraq darəsindədir.

Bildirilib ki, müdafiəçinin agenti Jorje Mendeş Kataloniya klubunun nümayəndələri ilə əlaqə saxlayıb.

Qeyd edək ki, Diaşın "Benfika" ilə 2024-cü ilin yayına qədər müqaviləsi var.