Premyer Liqada qeyri-adi​ yenilik

Premyer Liqada qeyri-adi​ yenilik

Premyer Liqa rəhbərliyi mövsüm bərpa olunduqdan sonra matçlarda beş oyunçu​ əvəzlənməsinə​ etməyə icazə verilə​ bilər.

Oyunçuların fiziki hazırlığı yüksək səviyyədə olmadığından onların zədə riskini azaltmaq üçün belə bir qərar mümkün sayılır.

Bundan​ əvvəl FİFA tərəfindən təklif olunan paketdə görüşlərdə beş əvəzləmə olmasına icazə verilmişdi. Bu təsdiqlənərsə, Premyer Liqa klubları bundan istifadə etmək barədə özləri qərar verəcəklər. Bənzər bir təklif "Sampdoria"nın baş məşqçisi Klaudio Ranyeri tərəfindən də irəli sürülüb.

Ancaq burada söhbət meydana 5 yeni oyunçunun daxil olmasından getmir. Sadəcə, əvəzlənən futbolçu bir müddətdən sonra yenidən oyuna daxil ola bilər.