UEFA AFFA-ya yardım edəcək

UEFA AFFA-ya yardım edəcək

UEFA quruma üzv olan 55 milli assosiasiyaya koronavirusla mübarizə çərçivəsində maliyyə yardımı ayırıb.​ Yardımın ümumi məbləği 236,5 milyon avro təşkil edir.

Hər federasiyanın hesabına isə 4,3 milyon avro məbləğində vəsait köçürüləcək. Bu vəsait mövcud xərcləri ödəmək və yerli futbolu inkişaf etdirmək məqsədilə ayrılıb.