Messinin vətənində futbol mövsümünə yekun vuruldu

Messinin vətənində futbol mövsümünə yekun vuruldu

Agentina Futbol Federasiyasının prezidenti Klaudio Tapia ölkədə futbol mövsümünü erkən bitirdiklərini açıqlayıb. Qurum rəhbəri koronavirus pandemiyasına görə belə qərar verdiklərini bildirib:

"Mövsümü erkən bitirməyə qərar verdik. Futbolçular səhiyyə qurumları icazə verdikdən sonra yaşıl meydana qayıdacaqlar. Futbol ailəsinin hər üzvünün sağlamlığı təhlükədə olmadıqda başlayacağıq. Sağlamlıq hər şeydən önəmlidir".

Federasiya prezidenti 2 mövsüm aşağı liqaya klub düşməyəcəyini deyib. Yüksək liqada isə komandaların sayı artacaq və 2021/22 mövsümündə 24 deyil, 28 klub mübarizə aparacaq.