Futbolçu 50 ailəyə ərzaq bağlaması göndərib

Futbolçu 50 ailəyə ərzaq bağlaması göndərib

Sankt-Peterburqun “Zenit” futbol klubunun idmançısı Emiliano Riqoni Argentinanın Koloniya Koroya şəhərinin 50 sakininə yardım edib. Qeyd olunur ki, idmançı uzunmüddətli saxlamaq imkanı olan 50 qida bağlaması hazırlayıb. Bağlamaya yumurta, un, şəkər tozu, dənli bitkilər və konservlər daxildir. Bağlamalar övladları “Boças Sport” futbol klubunda iştirak edən ailələrə göndəriləcək. Qeyd edək ki, E.Riqoni futbol karyerasına məhz “Boças Sport” klubunda başlayıb.