Həkim Messinin "sirrini açdı"

Həkim Messinin "sirrini açdı"

Həkim Racpal Brar "Barselona"nın kapitanı Lionel Messinin cərimə zərbəsinin texniki detallarını təhlil edib. O, maraqlı fikirləri ilə diqqət mərkəzinə düşüb.
"Messi zərbə vurarkən bütün bədəninin çəkisi dəstəkləyici kimi ayaq biləyinə yönəlir. Gövdəsi sağa tərəf dartılır. O, sol ayağı ilə zərbə vurarkən bütün bədəni sağ tərəfə hərəkət edir. Sanki bütün ayaq biləyi içəri gərilir. Biz buna "gərilmə inversiya"sı deyirik. Messi bədənini diqqətində saxlayaraq, bu hərəkətlərə alışdırıb", - deyə Racpal Brar bildirib.
Qeyd edək ki, Messi müasir futbolda ən yaxşı cərimə zərbəsi vuran futbolçu sayılır. O, karyerasında 50-dən çox belə zərbələri dəqiq yerinə yetirib.