İspaniya hökuməti 2021-ci ilə təxirə salınan futbol üzrə Avropa çempionatını keçirmək üçün Bilbao şəhərinə dəstək olub. Dövlət AVRO-2020-nin ölkədə keçirilməsində əhalinin maraqlı olduğunu bildirib. Baş nazir Pedro Sançes də Avropa çempionatının bəzi matçlarının "San Mames" stadionunda keçirilməsi üçün Bilbaonun namizədliyini dəstəkləyib.
İspaniya hökuməti rəsmi akkreditasiya isə AVRO-2020 üçün ölkəyə gələn və müvafiq pasportu olan xarici vətəndaşlara İspaniyaya girmək, qalmaq və çıxmaq üçün lazımi vizalara sahib olacaqlarına təminat verir.
Hökumət matçların başlamasından bir gün əvvəl saat 6:00-də Bilbao bələdiyyəsinə yaxın hava limanlarında təyyarələrin uçuşuna və enişinə icazə verilməsini də öhdəsinə götürüb.
Qeyd edək ki, AVRO-2020-də E qrupunun iki oyunu və 1/8 finalın 1 matçı Bilbao şəhərində olacaq.
UEFA martın 17-də koronavirus pandemiyası səbəbindən AVRO-2020-nin növbəti ilə təxirə salınmasına qərar verib. Turnir 11 iyun - 11 iyul tarixlərində keçiriləcək. Yerli təşkilat komitələri oyunlara ev sahibliyi etməklə bağlı aprelin 30-dək quruma təminat göndərməlidirlər.
Artıq AFFA turnirin 4 oyununun 2021-ci ildə Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı rəsmi razılığını UEFA-ya bildirib. Məsələ ilə əlaqədar əlavə müvafiq hüquqi sənədlər də Avropa futbol qurumuna göndəriləcək. AVRO-2020-nin Bakıda təşkil olunacaq A qrupunun oyunlarında Türkiyə, İsveçrə və Uels milli komandaları mübarizə aparacaq. Eyni zamanda 1/4 final mərhələsinin 1 qarşılaşması Azərbaycan paytaxtında keçiriləcək.