“Yuventus”un futbolçusu Paulo Dibalada növbəti dəfə koronavirus aşkarlanıb. Bu barədə “Football İtalia” nəşri məlumat yayıb.
27 yaşlı argentinalı oyunçunun 6 həftə ərzində 4-cü dəfə testi müsbət çıxıb.
O, məşqlər zamanı nəfəs darlığı hiss etdiyi üçün müayinədən keçib və koronavirusa yoluxduğu aşkarlanıb.
Xatırladaq ki, Dibalanın testləri bundan öncə 3 dəfə müsbət çıxmış və argentinalı futbolçu hər 3 dəfə də xəstəlikdən yaxa qurtarmağı bacarmışdı.
Qeyd edək ki, Dibala ilə yanaşı sevgilisi də 2 dəfə koronavirusa yoluxub.