Çərpələng uçuran futbolçu həyatla vidalaşdı

Çərpələng uçuran futbolçu həyatla vidalaşdı

Braziliyanın “İndependiente” klubunun 21 yaşlı futbolçusu Kayo Silva dünyasını dəyişib. İdmançının həyatını itirməsinə səbəb səmaya​ buraxdığı kağız çərpələng olub. Dəhşətli hadisə San-Pauluda baş verib. Belə ki, K.Silvanın çərpələngi elektrik naqillərinə dəyib, nəticədə o, yüksək gərginliyə tab gətirə bilməyərək dünyasını dəyişib. Klub rəhbərliyi idmançının ailəsinə hadisə ilə bağlı başsağlığı verib.

Qeyd edək ki, futbolçu klubun sol cinah müdafiəçisi idi. Kayo Silva iştirak etdiyi 22 görüşdə 6 qol müəllfi olub. O, cərimə zərbələrinin ustası hesab olunurdu.