Çempionlar Liqasında təsadüfi komanda olmayacaq

Çempionlar Liqasında təsadüfi komanda olmayacaq

Çempionlar Liqasında islahatlar aparılacaq. UEFA 2024/25 mövsümündən başlayaraq qitənin ən nüfuzlu turnirində yenilik etməyi planlaşdırır.

Əsas dəyişiklik ondan ibarətdir ki, yarışa vəsiqələr fərqli şəkildə veriləcək. Bildirilir ki, bu addımla Çempionlar Liqasına ölkə çempionatında yüksək yer tutan klubların iştirakı mümkün olmayacaq.

Yeni plana əsasən, son mövsüm deyil, 4 mövsümün nəticələrinə görə ən yaxşı reytinqə malik olanlar Çempionlar Liqasına yüksələcək. Yəni 2024/25 mövsümündə bu turnirə qatılmaq üçün klublar 2020/21 mövsümündən başlayaraq çempionatda yüksək nəticələr göstərməlidir.

Bu addım təsadüfi komandaların bir illik uğur sayəsində Çempionlar Liqasına düşməsinin qarşısını almağa, həmçinin elit klubların yerini təmin etməyə xidmət edir.