Şahmatçılar üçün növbəti onlayn seans

Şahmatçılar üçün növbəti onlayn seans

Şahmatçılarımız Rauf Məmmədov, Eltac Səfərli, Zeynəb Məmmədyarova, Namiq Quliyev və Azər Mirzəyevdən sonra daha bir qrossmeysterimiz karantin günlərində şahmatçılar üçün onlayn seans təşkil edib. Gənc qrossmeyster Vüqar Əsədli “Lichess.org” şahmat platforması üzərindən şahmatçılar üçün onlayn seans keçirib. Seans oyununda 20 şahmatçı mübarizə aparıb.